Cəmiyyət 

Rusiyada həbsxanaya düşən azərbaycanlı Nizami ailəsini axtarır: “Rus qadınla evləndim və…” – FOTO

Azərbaycanda kişi 40 il görmədiyi qardaş və bacılarını canlı yayımda tapıb.

ARANTV.AZ  xəbər verir ki, bu haqda ATV-də yayımlanan və Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Bizimləsən” verilişinə müraciət edən, Masallı rayonun Xoşçobanlı kənd sakini Səmədov Nizami Fazil oğlu məlumat verib. O, 40 ildən çoxdur ki, Rusiyaya gəldiyinə və ailəsi ilə bütün əlaqələrini itirdiyini söyləyib:

“1961-ci ildə Xoşçobanlı kəndində doğulmuşam. Ailədə 4 uşaq olmuşuq. 1 bacım və 2 qardaşım var. 30 ildən çoxdur ki, Rusiyadayam. Neçə ildir ki, telefon işlətmirəm. Mən Almaniyada hərbi xidmətdə olmuşam. Əsgərliyimi başa vurub Rusiyaya gəldim. Burada həbsxanaya düşdüm. Həbsxanadan çıxıb rus qadın ilə ailə qurdum. Bir oğlum var. 1994-cü ildə adam öldürdüyümə görə yenidən həbsxanaya düşdüm. 3 il həyat yoldaşım və oğlum gəldi. Daha sonra onlardan xəbər ala bilmədim. Hazırda bacılarımı və qardaşımı axtarıram”.

Rusiyada həbsxanaya düşən azərbaycanlı Nizami ailəsini axtarır: "Rus qadınla evləndim və..." - FOTO
Rusiyada həbsxanaya düşən azərbaycanlı Nizami ailəsini axtarır: "Rus qadınla evləndim və..." - FOTO

big.az

Daha çox xəbərlər