16 yaşlı qız İnstagrama görə özünü öldürdü – Dəhşətli ölüm ölkəni ayağa qaldırdı
Malayziyalı 16 yaşlı qızın intiharı hər kəsi sarsıdıb.
ARANTV.AZ xəbər verir ki, azyaşlı qız instagram hesabında sorğu keçirib. O, anketə iki cavab “Yaşam – Ölüm” yazıb.
İzləyicilərinə “Həqiqətən çox önəmlidir, seçim etməyimə yardım edin” – deyə müraciət edən qızın sorğusuna 69 faiz ölüm cavabını seçib.
Nəticədən sonra qız intihar edib.
Bundan sonra Malaziyanın Gənclər və İdman Naziri S.S.A.Rahman yaşanan hadisəni milli tragediya adlandırıb. O, gənclərin psixi sağlamlığının yerində olmadığından narahat olduğunu bildirib. big.az

