Kriminal 

DƏHŞƏTLİ QƏTL! Yeznəsinin ürəyinə bıçaq soxdu

Yeznəsini vəhşicəsinə öldürməkdə ittiham edilən Samir Ağakişiyevin məhkəməsi yekunlaşıb.

ARANTV.AZ-ın məumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin hökmü ilə S. Ağakişiyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda baş verib. Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.

Daha sonra Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu gələrək qətli törətdiyini etiraf edib.

Saxlanılan şəxs bildirib ki, qaynını münasibətlərinə aydınlıq gətirərkən öldürüb.Bakupost.az

Daha çox xəbərlər