Hadisə 

Sabunçuda “Niva” qəzaya uğrayıb, 3 yaralı var

Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

ARANTV.AZ  oxu.az-a istinadən bildirir ki, “Niva” markalı minik avtomobili hərəkətdə olarkən onunla arxadan gələn maşın toqquşub.

Nəticədə “Niva”-nın sürücüsü 1963-cü il təvəllüdlü Mehrac Məmmədov, sərnişinlər 1956-cı il təvəllüdlü Nəbi Məmmədov və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

N. Məmmədova almacıq sümüyünün, A. Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər