AXC-Müsavat hakimiyyətinin xəyanəti Kəlbəcərin işğalını şərtləndirmişdi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti, Azərbaycan Ordusunun gücü sayəsində Kəlbəcər heç bir itki verilmədən işağldan azad edildi
Kəlbəcər rayonu coğrafi mövqeyinə görə keçilməz bir ərazidir, çünki rayon ərazisi hər tərəfdən dağlarla əhatə olunub. 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal olunması digər rayonlarımızın itirilməsi üçün sanki bir açar rolunu oynadı. Həmin dövrdə paytaxt Bakıda başı vəzifə bölgüsünə, kreslo davasına qarışan AXC-Müsavat hakimiyyəti Qarabağı, ümumiyyətlə Ermənistanla sərhəd rayonları unutmuşdu. Kəlbəcərin itirilməsi böyük faciə idi və rayon sakinləri gözləri baxa-baxa, əliyalın, köməksiz halda bu dəhşəti, bu faciəni yaşayırdılar. Dövlət və hakimiyyət tərəfindən heç bir nəzarətin olmaması düşmənə qol-qanad verir, əli silahlı erməni terorçuları Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verirdilər. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti səbəbindən cəmi bir neçə günə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Məhz bundan sonra digər rayonları işğal edə bilmək üçün Ermənistanın imkanları daha da artmış oldu. Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 16 avqust tarixində Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdı və həmin vaxt etdiyi çıxışında bildirmişdi ki, Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi: “Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi.”
Kəlbəcər işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ilə 822 saylı Qətnamə qəbul etmişdi. Lakin Ermənisrtan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə məlum qətnamənin icra edilməsində maraqlı olmadılar. Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə əlaqəli bu və digər qətnamələri sadəcə kağız üzərində qaldı. 27 sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin belini qırdı. Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan təslim olmaq haqqında kapitulyasiya aktı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa edən ordumuz Azərbaycanın diplomatik müstəvidə də qalib olmasına zəmin hazırladı. Cənab Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən düşünülmüş siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən öz silahlı birləşmələrini 3 rayonumuzdan geri çəkməli oldu ki, həmin rayonlardan biri də Kəlbəcər rayonudur. Vətən müharibsəinin ilk günlərində ordumuz Kəlbəcərin şimal hissəsini işğlçılardan azad etmiş, strateji yüksəkliklərin götürülməsi ilə ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarəti ələ almışdı. Ümumilikdə isə Kəlbəcər rayonunun hərbi əməliyyatlarsız boşaldılması əslində Azərbaycan dövləti üçün həm hərbi, həm də diplomatik bir uğurdur ki, bu da daha böyük mahiyyət kəsb edən qələbədir. Çünki ordumuz heç bir itki vermədən Kəlbəcər işağldan azad edildi. Üzü soyuq qışa doğru Kəlbəcər kimi keçilməz və təbii istehkamlarla zəngin olan bir ərazidə hərbi əməliyyatların keçirilməsi heç də asan başa gəlməyəcəkdi. Lakin Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti ölkəmizin hərtərəfli qələbəsini təmin etdi.

