Sevgilisindən ayrılan iki uşaq anası küçədə hər kəsi dəhşətə gətirdi – Anbaan VİDEO
O, qanun qarşısında cavab verəcək
Rusiyada ananın azyaşlı qızına qarşı etdiyi hərəkət ölkəni ayağa qaldırıb.
ARANTV.AZ aznews.az-a istinadən xəbər verir ki, iki uşaq anası qızının boğazına bıçaq dayayaraq ərinə hədə-qorxu gəlib. Marqarita adlı qadın qeyri-qanuni yaşadığı həyat yoldaşından ayrıldıqdan sonra böyük problemlər yaşayıb.
Uşaqlarını görməyə gələn ərinin maşınında başqa qadının olduğunu görüb. Maşının qapısını açmaq üçün ona bu yolla hədə-qorxu gəlib. Daha sonra avtomobilin şüşəsini sındırmağa başlayıb.
Hazırda bu hərəkətinə görə o, qanun qarşısında cavab verəcək.

