Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Valideynlərin NƏZƏRİNƏ – Bunu mütləq bilməlisiniz, əks halda…

By Vüsal Rafiqoğlu
04.04.2023 4 Min Read

Valideynlər, müəllimlər və uşaqlara qulluq edən digər böyüklər epilepsiya əlamətlərinin nə olduğunu bilməlidirlər

ARANTV.AZ  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayevin müsahibəsini təqdim edir:

– Kamran müəllim, uşaqlarda epilepsiyanın yaranma səbəbi nədir, genetik faktor burada nə dərəcədə rol oynayır?

– Uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir. Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.

Bir çox uşaqlıq dövrə aid olan epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır.

Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qışanın infeksiyası var. Bir uşaq ağır epilepsiya ilə qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Fərqli nəticələri necə izah etmək olar? Bu tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər.

Epileptik tutma hər bir insanda baş verə bilər. Lakin nəticə etibarı ilə kimdə epilepsiya yaranacaq, kimdə yaranmayacaq, bir çox məlum və hələ də məlum olmayan amillərin bir-birinə təsir etməsindən asılıdır.

– Uşaqlarda epilepsiya hansı yaşda müşahidə edilir və əlamətləri nədir?

kamran_salayev.jpg (172 KB)

– Təəssüf ki, tutmanı tanımaq həmişə asan olmur. Bütün tutmalar konvulsiyalar ilə (qeyri-adi əzələ hərəkətləri) müşayiət olmur. Uşaq sadəcə donub bir nöqtəyə baxır və ya müraciətə əhəmiyyət verməyən kimi görünə bilər. Tutma ancaq bir neçə saniyə çəkə bilər. Bundan sonra uşağın beyni normal vəziyyətinə qayıdacaq. Zaman keçdikcə, tutmalar davam edərsə, vəziyyət daha ciddi həddə gələndə valideyn onu hiss edə bilər.

Yenidoğulmuş uşaqlarda və körpələrdə tutmaları tanımaq xüsusilə çətindir, çünki onlar sizə necə hiss etdiklərini deyə bilməzlər. Onların hərəkətləri də çox vaxt məqsədsiz kimi görünür və arada epileptik tutmanı görüb tanımaya bilərlər.

Valideynlər, müəllimlər və uşaqlara qulluq edən digər böyüklər epilepsiya əlamətlərinin nə olduğunu bilməlidirlər. Bu əlamətlərin bir çoxunun uşaqlıq dövründə normal davranış olduğunu qeyd etmək vacibdir. Lakin həmin əlamətlər tez-tez baş verərsə və qeyri-adi görünürsə, həkimə müraciət etməyə dəyər.

Hər epileptik tutma epilepsiya xəstəliyi deyil. Yüksək hərarət və müəyyən xəstəliklər də tutmalara səbəb ola bilər, ona görə düzgün və dəqiq diaqnoz qoymaq üçün çalışmaq lazımdır. Məsələn:

• Qısa diqqət pozulması, çaşqın davranış, yaddaş boşluqları, donub qalma;

• Ani yıxılma və tez-tez büdrəmə;

• Sürətli səksənmə kimi təkrarlanan, qeyri-adi hərəkətlər;

• Ani mədə ağrısı, ardınca qarışıqlıq və yuxululuq;

• Qeyri-adi yuxululuq;

• Əşyaların görünüşü, səsi, dadı, qoxusu dəyişirsə və ya “gülməli”; hiss etdiyinə dair tez-tez şikayətlər

• Qəfil, təkrarlanan qorxu və ya qəzəb

Yuxarıda göstərilən əlamətlərdən hansısa birinin təkrar-təkrar baş verdiyini görsəniz, həkiminizə məlumat verin. Uşağınız məktəbdədirsə, müəllimlərdən eyni davranışlardan hansısa birini görüb-görmədiklərini soruşmalısınız.

– Epilepsiyanı qızdırmalı qıcolmalardan necə ayırd etmək olar?

– Febril tutmalar 6 aylıqdan 6 yaşa qədər uşaqların 2-4 faizində baş verir. Onlara baxmaq qorxulu ola bilər, lakin febril tutmalar beyinə zərər vermir və zəkaya təsir etmir. Febril qıcolmanın olması uşaqda epilepsiya olması demək deyil. Epilepsiya qızdırma olmadan iki və ya daha çox tutmanın olması kimi müəyyən edilir.

– Absans epilepsiyası nədir, əlamətlərinə nələr daxildir?

– Uşaq absans epilepsiyası (CAE) kiçik uşaqlarda başlayan absans tutmalarla müşayiət olunan epilepsiya sindromudur. Absans tutması zamanı uşaq donub boş baxır, ətrafdan xəbərsiz qalır, reaksiya vermir. Uşağın gözləri qısa müddətə yuxarı gedə bilər və ya göz qapaqları qırpıla bilər. Bəzi uşaqlarda ağız çeynəmə kimi təkrarlanan hərəkətlər olur. Hər bir qıcolma təxminən 10 saniyə davam edir və qəfil bitir. Uşaq tutmadan dərhal sonra normal fəaliyyətinə davam edir və tez-tez tutmanın baş verdiyini bilmir.

Tez-tez absans tutmaları olan uşaqlarda öyrənmə çətinliyi ola bilər, baxmayaraq ki, uşaqlar adətən normal inkişaf edir. Bəzi uşaqlarda diqqət, konsentrasiya və yaddaş problemləri də var.

Səbəb genetikdir. Lakin uşaqların əksəriyyətində spesifik epilepsiya genləri üçün aparılan testlərdə nəticələr neqativ olur (yəni, gen tapılmır). Beynin kompüter tomoqrafiyası və MRT skanları normaldır. Diaqnoz üçün EEQ (elektroensefaloqramma) aparılır və spesifik epileptik dalğalar göstərir.

– Uşaqlarda epilepsiya xəstəliyi müalicə olunurmu?

– Tutmaları kontrol etmək üçün istifadə edilən dərmanlara antiepileptik dərmanlar (AED) deyilir. Uşağa epilepsiya diaqnozu qoyulduqdan sonra AED ilə edib-etməmək qərarı vermək üçün potensial risk və faydalarına dəyərləndirmək vacibdir.

AED-lər epilepsiya xəstələrinin təxminən 70%-i üçün effektiv olur (təbii ki, düzgün dərmanı və ya dərman kombinasiyasını tapmaq üçün vaxt lazım ola bilər). Bir neçə dərman tutmaları kontrol edə bilmirsə, müalicə üçün digər variantlar nəzərdən keçirilə bilər. Məsələn: cərrahiyyə, vagus sinirinin stimullaşdırılması, pəhriz.

– Epilepsiyalı uşaqların valideynləri nələri bilməlidirlər?

– Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərdən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır. Digər vacib amil yuxudur. Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətəndaş cəmiyyətinin dinc antiterror əməliyyatı – separatçıların nəfəsliyi də qalmayıb…

Next

Yatmazdan əvvəl yemək üçün ləzzətli bir meyvə AÇIQLANDI

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv