Son anda yanğından xilas oldular- QORXU DOLU ANLAR
Türkiyənin Adana şəhərində binalardan birində yanğın çıxıb.
ARANTV.AZ metbuat.az-a istinadən bildirir ki, yanğın Seyhan rayonunun Yeni Baraj məhəlləsindəki bir binanın zirsəmisində başlayıb.
Yanğını görən vətəndaşlar dərhal yanğınsöndürmə briqadası çağırıblar. Yanğını qısa müddətə söndürmək mümkün olub.
Evi tamamilə yanan ailə içərisində uşaq da olmaqla son anda xilas ola biliblər.
Dumandan təsirlənən 4 nəfər xəstəxanaya aparılıb.
Yanğın nəticəsində ətrafdakı bəzi maşınlara da maddi ziyan dəyib.



