Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Mingəçevirdə narkomaniya ilə bağlı 98 cinayət faktı aşkarlanıb

By Vüsal Rafiqoğlu
15.04.2023 3 Min Read

Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin və müvafiq qurumların əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Belə ki, bu məsələ ilk dəfə Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi – əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

Azərbaycan  Respublikası  Prezidentinin  2019-cu  il 22  iyul  tarixli  1344  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Narkotik  vasitələrin,  psixotrop   maddələrin   və  onların  prekursorlarının    qanunsuz  dövriyyəsinə  və  narkomanlığa  qarşı  mübarizəyə  dair  2019-2024-cü  illər  üçün  Dövlət  Proqramı” nın  icrası  ilə  bağlı Mingəçevir  şəhərində  2022-ci  il ərzində   bir  sıra  mühüm  tədbirlər  həyata  keçirilmişdir.

Belə  ki,  Mingəçevir şəhər  İcra Hakimiyyəti  başçısı aparatı  yanında fəaliyyət göstərən Narkomanlığa və  Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı  Mübarizə  üzrə  Komissiya tərəfindən  hər il olduğu kimi, 2022-ci ildə də bu  sahədə görüləcək işlərlə bağlı iş planı tərtib  olunmuş, şəhərin aidiyyəti təşkilatlarına  göndərilərək  icrasına nəzarət  edilmişdir.

İş planına uyğun olaraq şəhərdə fəaliyyət  göstərən 1 ali, 2 orta  ixtisas, 1 peşə və 22 ümumtəhsil  məktəblərində təhsil alan tələbə və şagirdlərlə  vaxtaşırı görüşlər təşkil olunur. Hesabat dövründə şəhərin ümumtəhsil məktəblərində “Zərərli  vərdişlərin  qarşısının alınması” mövzusunda  tədbirlər təşkil  olunmuş, şagirdlərlə maarifləndirici söhbətlər aparılmışıdır. Tədbirlərdə şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin və Narkoloji  dispanserin nümayəndələri məruzələr etmiş,  şagirdlərə zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunmuşdur.  Yeniyetmə  və gənclərlə “Narkotikaya  yox deyək”, “Əsrin bəlası”, “Ağ  ölüm” və  s. mövzularda söhbətlər aparılmış,  dəyirmi  masalar, inşa və rəsm müsabiqələri  keçirilmiş, film  və  videolar, çarx və  lentlər  nümayiş  etdirilmişdir. Şəhərin təhsil  müəssisələrində  keçirilən tədbirlər yerli və respublika KİV-lərində  işıqlandırılmışdır.

Eyni zamanda, 26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəçevir şəhərində narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər keçirilmişdir. Yerli  komissiya  tərəfindən  tərtib edilmiş  qrafikə uyğun olaraq  tədbirlər  Mingəçevir Dövlət Universiteti, Tibb və Turizm kollecləri, Peşə məktəbi, şəhər Təhsil və Mədəniyyət şöbələri, Gənclər və idman idarəsi və Şəhər mərkəzi xəstəxanasında keçirilmişdir.

Hesabat dövründə narkotik vasitələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı ilə bağlı 98 cinayət faktı aşkarlanmış, həmin faktlar üzrə istintaq aparılmışdır. Məhkəmə hökmü ilə təqsirləndirilən şəxslərdən müsadirə edilmiş, eləcə də əməliyyat axtarış tədbirləri nəticəsində götürülmüş məhkəmə qərarları ilə məhv olunması nəzərdə tutulmuş narkotik vasitələr-ümumi çəkisi 312,857qram heroin, 465,61 qram qurudulmuş marixuana,  259,468 qram tiryək, 3973,79 qram marixuana, 900,69 qram çətənə,  439,386 metamfetamin həbi  və 6 ədəd çətənə bitkisinin şitilləri  24 avqust  2022-ci il  tarixlərdə Mingəçevir Şəhər Prokurorluğunun həyətində yandırma üsulu ilə məhv edilmişdir.

Hesabat  dövründə  şəhər   xəstəxanası  və   apteklərindən   qanunsuz  əldə  edilmiş  dərman preparatlarının  istifadəsinə  dair  cinayət  faktları  aşkar  edilməmişdir.

2007-ci ilin may ayından başlayaraq “Xaş-xaş” şərti adı altında keçirilən cinayət axtarış tədbirləri 2022-ci il ərzində də davam etdirilmiş və  cinayət faktı aşkar edilməmişdir.

Hesabat dövründə şəhər Rayonlararası Narkoloji Dispanserin stasionar şöbəsinə 48 xəstə daxil olmuşdur. Onlardan 35 nəfəri ətraf rayon əhalisi, 13  nəfəri isə şəhərdəndir. Stasionarda müalicə almış 48 xəstəyə 528 ədəd, yəni 172 litr qanəvəzedici köçürülmüşdür. Hesabat ilinin sonuna 596 xəstə dispanserdə qeydiyyata durmuşdur. Dispanserin qeydiyyatında yeniyetmələr olmamışdır. Vaxtaşırı olaraq dispanserin əməkdaşları şəhər Polis şöbəsinin əməkdaşları ilə birgə məhəllələrdə,  mənzil istismar sahələrinin ərazisində, ali, orta ixtisas və ümumtəhsil məktəblərində yeniyetmə və gənclərlə görüşlər keçirir, maarifləndirici söhbətlər aparılır. Bu iş mütəmadi olaraq davam etdirildiyi üçün dispanserin ambulator şöbəsinə müraciətlər artmış və onlardan bəziləri könüllü olaraq anonim müalicəyə cəlb edilmişlər.

Əvvəlki illərdə olduğu kimi, bu müddət ərzində də “Mingəçevir” qəzetində  mütəmadi  olaraq  narkomaniyanın insan sağlamlığına və  həyatına   yaratdığı   təhlükə   ilə  əlaqədar  materiallar  və  məqalələr   hazırlanaraq  geniş  oxucu  auditoriyasına   təqdim  olunmuşdur. Bildiririk ki, Mingəçevir şəhərində “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların  prekursorlarının qanunsuz  dövriyyəsi  və  narkomanlığa  qarşı  mübarizəyə   dair  2019-2024-ci  illər  üçün  Dövlət  Proqramı”nın  həyata  keçirilməsi  ilə  bağlı  təsdiq  edilmiş plana uyğun  tədbirlərin  icrası  davam  etdirilir  və daimi  nəzarətdə  saxlanılır.

Hikmət Kərimov,
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Böyük alim, gözlərə nur bəxş edən insan

Next

May ayında neçə gün iş olmayacaq?

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv