6 ildir ki, özünü bu işə həsr edib /FOTOLAR
Yarı danimarkalı, yarı isveçli fotoqraf Geert Veggen özünü “Qırmızı sincab fotoqrafı” adlandırır.
ARANTV.AZ bildirir ki, onun özünü belə adlandırmasının isə maraqlı bir hekayəsi var. Geert 6 il əvvəl 6 il əvvəl qapısının qarşısında bir tülkü ilə qarşılaşır və içəriyə girərək tülküyə yemək gətirir. Həmin gündən sonra tülkü hər gün yemək haqqını almaq üçün Geerti ziyarət etməyə başlayır. İki həftədən sonra tülkü ilə dostlaşan fotoqraf onun fotolarını çəkir. Daha sonra isə bir quş hər gün onu ziyarət edir. Beləliklə Geertin eyvanı bir təbiət həyatı foto studiyasına çevrilir və o, bu dostları ilə birlikdə çəkdiyi fotolardan mükafatlar qazanır.
Daha sonra onun qarşısına bir sincab çıxır. Onunla birlikdə açıq hava studiyasında çəkilişlər edən Geert bu sincab haqqında “mənim həyatım oldu” deyib. Onlar o qədər yaxın dost olurlar ki, Geert evində sincab fotoqraflığı atelyesi təşkil edir. İldə iki dəfə təşkil etdiyi bu işlərə ən çox 3 iştirakçı qəbul edən Geert 5 gün boyunca qırmızı sincab fotoqraflığının incəliklərindən bəhs edir.
Geert bu qeyri-adi dostluğun fotolarını öz “İnstagram” səhifəsində paylaşır. O, balaca dostunun fotolarını fərqli pozalarda çəkməkdən zövq alır.











metbuat.az

