Motosiklet oğurlayan şəxs saxlanıldı – FOTO
Mayın 19-da gecə saatlarında yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosiklet oğurlanıb.
Bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə müraciət edib.
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

