Hava 

Bəzi rayonlara yağış yağıb, Gədəbəydə dolu düşüb – FAKTİKİ HAVA

Mayın 9-na olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Gədəbəydə dolu düşüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 11 mm, Gədəbəydə 5 mm, Qaxda 4 mm, Mingəçevir, Daşkəsən, Göygöl, Yevlax, Maştağa, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Ağdam, Oğuz, Zaqatala, Quba, Qusar, Xaltan, Şahdağ, Tərtərdə 1-3 mm olub.

Mayın 8-də Gədəbəy rayonunda 17:35-17:43 aralığında rayonun Söyüdlü, Pirbulaq-Ərtəpə kəndlərinə diametri 8 mm olan dolu düşüb.

Külək: Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ceyrançöl, Mingəçevir, Şərurda 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,4 metrə çatıb.

Mayın 8-də iqlim norması daxilində olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-23 dərəcə isti, Naxçıvanda 25-29 dərəcə isti, dağlıq rayonlarda 15-20 dərəcə isti, aran rayonlarında 25-29 dərəcə isti olub.

Daha çox xəbərlər