Kriminal 

Bakıda “Chevrolet” qaçırıldı

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən məlumata görə, mayın 8-də Binəqədi qəsəbəsi ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini S.Tağıyev avtomobillə birgə qəsəbə ərazisində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər