Hadisə 

Bakıda sərxoş piyadanı maşın vurdu

Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ olke.az-a istinadən xəbər verir ki, 61 yaşlı Həsənov Məzahir Əsəd oğlunu piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən zaman “Mersedes” markalı avtomobil vurub.

Sürücü özü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər