Bölgə Region Xəbərləri 

Bərdədə şəhid və qazi övladları sünnət edildi-VİDEO

Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bərdə rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Şəhid və Qazi övladları üçün növbəti xeyriyyə tədbiri keçirilib.
50-yə yaxın Şəhid, Qazi və aztəminatlı ailənin övladları sünnət edilib, adlarına kiçik toy məclisi düzənlənib.
Məclis təmənnasız şəkildə “Princ” restoranında baş tutub.
Bu xeyirxah əməldə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun, eləcə də Şəhid anaları, Mehparə Qəribova, Xuraman Naibova,və Pərvanə Nadirovanın
da xüsusi rolu olub.

Tədbirdə adları çəkilən şəxslərlə yanaşı, şəhid,qazi ailələri, rayon içtimayətinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Çıxış edənlər Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Vətən Savaşının tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun şücaətindən Şəhid bə qazilərimizin qəhramanlıqlardan bəhs ediblər.

Məclis aparıcıların təqdimatında və Azərbaycanın Xalq artisti, muğam ustası Zabit Nəbizadənin oxuduğu mahnının sədası altında davam etdirilib.
Tədbir kloun və cizgi film qəhrəmanlarının müşaiəti ilə uşaqlar üçün təşkil olunan əyləncəli proqram ilə başa çatıb.
Arantv

Daha çox xəbərlər