Bərdədə QANLI OLAY: Qısqanc ər arvadını bıçaqladı
Bərdədə ər arvadını bıçaqlayıb.
ARANTV.AZ xəbər verir ki, bu gün saat 00:10 radələrində rayonun Lək kəndində Ağcabədi kənd sakini Əliyev Rafiq Muğan oğlu həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Tahirə Nəriman qızını qısqanclıq zəmnində baş verən mübahisə zamanı bıçaqlayıb. O üzərində olan bıçaqla arvadının sol böyrək və sol bud nahiyyəsinə çoxsaylı zərbələr endirərək ərazidən uzaqlaşıb.
Faktla bağlı Bərdə RPŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.unikal

