Cəmiyyət 

Bakı sakinlərindən ETİRAZ: “Suyu 10 manata alırıq, bizə deyirlər ki…” – VİDEO

Binə qəsəbəsinin sakinləri susuzluqdan şikayətləniblər.

ARANTV.AZ xəbər verir ki, Bakının Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində İmam Həsən məscidi yaxınlığında yaşayan sakinlər su, yol və kanalizasiya problemi ilə üz-üzədir.

Sakinlərin sözlərinə görə, onlar içməli suyu su maşınlarından 7-10 manata alırlar:

“Suyumuz yox, susuz qalmışıq. İftarımızı açımağa, dəstamaz almağa su tapmırıq. Dəfələrlə su idarəsinə getmişik, İcra Hakimiyyətinə yaxınlaşmışıq. İcra Hakimiyyəti su idarəsinə yönləndirir, su idarəsi də deyir ki, “gedin öz vəsaitinizlə su çəkin”. Bir sözlə, heç bir tədbir görülmür”, – deyə sakinlər bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.

Sözügedən videonu təqdim edirik:

Gülnarə Eynullaqızı

Sonxeber.az

Daha çox xəbərlər