Bakının mərkəzində faciəvi hadisə – QADIN ÖLDÜ
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, mayın 20-də saat 11 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini Zaur Kazımov “Opel” markalı avtomobilli arxaya verərkən 45-50 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.publika.az

