Şəkidə Beynəlxalq Keramika Simpoziumun açılış mərasimi baş tutdu – FOTOLAR
May ayının 21-i Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Təbiətdən Tarixə” adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub.
ARANTV.AZ xəbər verir ki, tədbiri giriş nitqi ilə Şəki rayonu icra başçısı Elxan Usubov açıb. O, qonaqları salamlayaraq Şəkinin qədim və zəngin tarixi haqqında məlumat verib.
Bundan sonra “Təbiətdən Tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpoziumun kuratoru Mir Teymur Məmmədov Simpoziumu açıq elan edərək 15 ölkədən olan 25 iştirakçını qonaqlara təqdim edib.
Tədbirin sonunda Şəki şəhəri uşaq incəsənət məktəbinin rəqs qrupunun çıxışları ilə davam etdi.
Qeyd edək ki, “Təbiətdən Tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpozium iyun ayının 2-dək davam edəcək. İki həftə ərzində iştirakçı-keramistlər Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaradacaqlar.
















