Gündəm 

Üzərliktəpədə böyük arxeoloji materiallar tapılıb

“Qarabağın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı işlər aparılır. Keçən il Ağdamda 4 min illik qədim şəhər yeri olan Üzərliktəpədə 8 ay davam edən arxeoloji qazıntı işləri görülüb. 2400 kvadratmetrdən artıq ərazi tədqiq olunub”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədqiqatlar dövlət başçısına təqdim etdikdən sonra ictimaiyyətə açıqlanacaq:

“Oradan həddən artıq böyük arxeoloji materiallar tapılıb. Şəhərin tikinti və təsərrüfat qalıqları var. Metaləritmə sobalarının, keramik qablar hazırlamaq üçün sobaların qalıqları var. İlk dəfə 1950-ci illərdə Üzərliktəpədə qazıntı işləri aparıb. Lakin o vaxtın qazıntısı ilə indiki, təbii ki, bir deyil. İndi texnologiya həddən artıq müasirləşib. Biz artıq müasir avadanlıqlarla torpağın altında tikinti qalıqları olub-olmadığını görürük”.

Daha çox xəbərlər