Hava 

Yaxın günlərdə Kürdə suyun səviyyəsi arta bilər – AÇIQLAMA

“2 iyun saat 9-a əsasən, gecə saatlarında yağan yağışların nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Masallı rayonunun ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2 sm, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olub.

“Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb və bunun nəticəsində Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində 71 sm artım müşahidə olunub. Yaxın günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin artımı gözlənilir”, – deyə o bildirib.

Daha çox xəbərlər