Cəmiyyət 

“Zara”dan biabırçılıq Paltarlarını dəyişən qadınları gizlin VİDEOya çəkirlər

Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib.

Şikayətçi deyir ki, “Gənclik Mall”da olan “Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.

“Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, – deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı “Gənclik Mall”da yerləşəm “Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi.

Daha çox xəbərlər