Kriminal 

Gecə pəncərəsini döyən şəxsi qəbirstanlıqda güllələdi – Cinayətin təfərrüatı

Siyəzən rayonunda qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsəd Abasovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.
Atışma nəticəsində Elşən Qədirli A.Əbdülov tərəfindən güllələnərək öldürülüb.

Məlumata görə, qətlin səbəbi öldürülən E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib.(olke.az)

Daha çox xəbərlər