Region Xəbərləri 

Bərdə sakini Anasını və qardaşı arvadını bıçaqladı-VİDEO

Bərdə sakini qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirib.
hadisə rayonun Güloğlular kəndi ərazisində qeydə alınıb.

Bıcaq xəsarəti alan Qarayeva Mənzər Huseyin qızı və 22 yaşlı İsayeva Nazpəri Yunis qızı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər