ŞOK HADİSƏ: Nənə yeni doğulmuş nəvəsini zibillikdə basdırdı
Azərbaycanda nənə nəvəsini zibillikdə dəfn edib.
ARANTV.AZ xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan, atası Arifi axtaran Əfsanə ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Belə ki, Əfsanənin dünyaya gətirdiyi övladı nənəsi tərəfindən zibillikdə basdırılıb.
Solmaz bildirib ki, camaatdan qorxuram ki, mənə bir şey edərlər: “Uşağı mən tək basdırmamışam. Nərminlə birlikdə dəfn etmişik”.
Xatırladaq ki, Əfsanənin nənəsi Solmaz ilk açıqlamasında uşağı Gəncədə İmamzadə qəbristanlığında dəfn etdiyini söyləmişdi. O özünü bakirə kimi qələmə verib Türkiyədə yenidən ailə qurub. Qızı Əfsanəni isə bacısı kimi təqdim etmişdi.

big.az

