Monqolustan Prezidenti İlham Əliyevi təbrik edib
Monqolustanın Prezidenti Uxnaaqiyn Xürelsüx Prezident İlham Əliyevə məktub ünvanlayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, Sizə münasib olan vaxtda Zati-alinizi Monqolustana səfərə dəvət etmək istəyirəm.
Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayıram”.

