Cəmiyyət 

Sumqayıtda baş mühəndisin əhaliyə göndərdiyi bildiriş səs-küyə səbəb oldu – VİDEO

Sumqayıt şəhərində İnşaatçılar qəsəbəsinin “Beton zavod” adlanan ərazisində yaşayan sakinlərə evlərini qısa vaxt ərzində tərk etmələri üçün bildirişlər göndərilib.

Xezerxeber.az xəbər verir ki, bildirişdə “qanunsuz zəbt edilmiş ərazini qısa müddətdə boşaldın” yazılır.

Bir neçə gün bundan əvvəl göndərilən bildirişlər sakinləri təşvişə salıb. Bəziləri isə bunun yanlış məlumat olduğunu deyirlər.

Məsələ ilə bağlı Azərenerji ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsindən bildirilib ki, “Beton zavod” deyilən ərazidə yaşayan sakinlərin heç biri evindən çıxarılmayacaq və belə bir plan yoxdur:

“Hazırda həmin ərazidə köhnə xətlərin yenisi ilə əvəzlənməsi prosesi gedir. Bu iş ona görə həyata keçirilir ki, köhnə xətlər qırılıb sakinlərin həyatı üçün təhlükə yaratmasın. Digər tərəfdən, həmin ərazidə əvvəldən yaşayan sakinlərin heç biri mənzilindən çıxarılmır. Amma yüksək gərginlikli elektrik xətlərinin altında bundan sonra ev tikilməsinə icazə verilməyəcək”.

Şəbəkədən o da bildirildi ki, vətəndaşlara verilən bildirişlər baş mühəndis tərəfindən tərtib edilib.

Bildirişdə qeyd olunanlar yalnız həmin ərazidə yüksək gərginlikli elektrik xətlərinin altında yeni tikilmiş və tikilməkdə olan evlər üçün nəzərdə tutulub. Bildirişlərin köhnə mənzillərə verilməsində isə səhvlik olub.

Daha ətraflı süjetdə:

Daha çox xəbərlər