Toya gələn qonaq qəfil öldü
Neftçalada toyda ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən rayonun Dördlər adlanan qəsəbəsində yerləşən şadlıq evində keçirilən toyda qonaqlardan biri qəfil ölüb.
İlkin məlumatda R.Məmmədovun infarkt keçirdiyi və meyiti üzərində xəsarət izinin olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.

