Gündəm 

Mikayıl Cabbarov Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko ilə görüşüb.

O bu barədə “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, səfirlə ölkələrimiz arasında mövcud əlaqələr, iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.

Daha çox xəbərlər