Hadisə 

Bakıda avtomobil 60 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakının Xəzər rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Əfqan Nəzir oğlu Səlimovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər