Suriyadan Türkiyəyə keçmək istəyən qadın terrorçu tutulub
Suriyadan Türkiyəyə keçmək istəyən terrorçu saxlanılıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyat nəticəsində PKK-ın yüksək vəzifə tutan fərdlərindən olan Helin İşenme Suriyadan Türkiyə keçmək istəyərkən tutulub.
Qeyd edək ki, bir müddətdir MİT tərəfindən PKK bir çox yüksək vəzifə tutan terrorçuları Suriya və İraqda keçirilən əməliyyatlar nəticəsində məhv edilib.

