Siyasət 

İslam Kərimovun oğlu atasının dul arvadını məhkəməyə verib

Özbəkistanın birinci Prezidenti İslam Kərimovun oğlu Pyotr Kərimov atasının dul arvadı Tatyana Kərimovanı vərəsəlik hüququ üçün məhkəməyə verəcək.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, Özbəkistan Ali Məhkəməsinin məlumatına görə, birinci instansiya məhkəməsi iyunun 26-na təyin edilib.

İslam Kərimov 1991-ci ildən 2016-cı ildə vəfatına qədər Özbəkistanı idarə edib. Rəsmi olaraq, Tatyana Kərimova ilə evliliyindən onun iki qızı – Gülnarə və Lola anadan olub.

Pyotr Kərimov İslam Kərimovun 2008-ci ildə Daşkənddə vəfat edən Natalya Kuçmi ilə qeyri-rəsmi nikahından olan böyük oğludur.

Daha çox xəbərlər