Hadisə 

Bakıda avtomobillər toqquşub: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən avtomobil yolunun “Abşeron” TM-in qarşısından keçən hissəsində sürücü Ruslan Elçin oğlu Yusubovun idarə etdiyi “LADA Priora” markalı avtomaşınla digər sürücü Haqverdi Mehman oğlu Sarıyevin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşın toqquşub.

Nəticədə “Hyundai Sonata” markalı avtomobildəki sərnişin Zaur Abdulla oğlu Abdullayev ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Daha çox xəbərlər