Gündəm 

Çex Respublikasının parlament nümayəndə heyətinin Ağdama səfəri başlayıb

Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Daha çox xəbərlər