Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

