Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı açıqlandı
2022-ci ildə ötən il rəsmi qeydə alınmış və rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən 122846 diri doğulan uşaq olub.
Bu barədə Dövlət Statistika Komitəsindən ARANTV.AZ-a bildirilib. Qeyd edilib ki, bunlardan 104032 nəfər rəsmi qeydə alınmış analar tərəfindən, 18814 nəfər körpə isə rəsmi qeydə alınmamış nikahda olan analar tərəfindən doğulub.

