Hadisə 

Salyanda qadının meyiti asılı vəziyyətdə aşkarlandı

Salyanda 57 yaşlı qadının meyiti tapılıb.

APA xəbər verir ki, hadisə rayonun Xocalı kəndində qeydə alınıb.

1966-cı il təvəllüdlü Məssurə Almasovanın meyiti yaşadığı evin heyətindəki talvardan asılı vəziyyətdə oğlu tərəfindən aşkarlanıb.

Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər