Gündəm 

Milli Məclisin deputatları Bolqarıstanda bir sıra görüşlər keçiriblər – FOTO

Bolqarıstanda səfərdə olan Milli Məclisindeputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü RaminMəmmədov iyunun 20-də Mərkəzi və Şərqi Avropa regionunun enerji məsələlərinin ən böyük müzakirə platforması sayılan “Yaşıl Enerjiyəkeçid” adlı 3-cü Forumun işində iştirak ediblər.

Forumun açılış mərasimində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Bolqarıstan Xalq Məclisinin spikeri Rosen Jelyazkov, Avropa Komissarı Eliza Fereyra, Rumıniyanın Energetika naziri Vircil Popesku, Şimali Makedoniyanın kənd, meşə və sutəsərrüfatları naziri Lyupko Nikolovski, Avropa İttifaqı rəsmiləri, Avropa Parlamentinin üzvləri, Beynəlxalq Valyuta Fondu və regional bank nümayəndələri, aparıcı şirkət və tədqiqat mərkəzlərinin rəhbərləri iştirak ediblər. Ümumilikdə, Forumun işinə Bolqarıstan, Azərbaycan, Rumıniyan, Yunanıstan, Serbiya, ABŞ, Polşa, Xorvatiya, Fransa, Portuqaliya, Şimali Makedoniya və Moldovanı təmsil edən200-dən çox dövlət, özəl şirkət və elm sahəsininnümayəndələri qatılıb.

Milli Məclisin deputatları Forumda iştirak edən Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüblər. Görüşdə azərbaycanlı millət vəkilləri bütün digər sahələrdə olduğu kimi iki ölkənin parlamentləri arasında da sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıblar. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığı vurğulanıb.

Səfər çərçivəsində deputat Ramin Məmmədov Serbiya Respublikasının 3-cü Prezidenti (2004-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü Boris Tadiçlə görüşüb. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Qlobal Bakı Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Artıq ənənə halını almış Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu vacib bir platformaya çevrildiyi qeyd edilib.

Səfər çərçivəsində deputatlar Bolqarıstandakı Azərbaycan diasporunun fəalları ilə də görüşüblər. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun da iştirak etdiyi görüşdə diasporun fəaliyyəti, əldə etdiyi uğurlar, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında dünya azərbaycanlılarının sıx birliyi və həmrəyliyinin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəliyi, güclü diasporun formalaşmasıməsələlərinə xüsusi önəm verdiyi qeyd olunub. Diaspor fəaliyyətinin daha da gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, səmərəli vəperspektivli layihələrin həyata keçirilməsi üçüngündəlikdə duran məsələlər müzakirə olunub.

İyunun 21-də millət vəkilləri Bolqarıstan XalqMəclisinin spikeri Rosen Jelyazkov ilə görüşüblər. R. Jelyazkov parlamentlər arasındakımünasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Milli Məclis rəhbərliyinin Bolqarıstanadəvət olunduğunu, tezliklə bu səfərin həyatakeçirilməsinin arzuladığını diqqətə çatdırıb. Azərbaycanlı deputatlar Cənubi Qafqazdakıreallıqlar, Azərbaycanın regionda davamlı sülhüntəmin olunması istiqamətində təşəbbüsləri barədəməlumat veriblər.  İki ölkə arasında mövcudəlaqələrin səviyyəsi, Azərbaycanın Avropa enerjitəhlükəsizliyinin təmin olunmasında rolu barədəfikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatları Bolqarıstan Xalq Məclisində Azərbaycanla Dostluq Qrupunun sədri Həmid Həmid və qrupun üzvləri ilə də görüşüblər. Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun iştirakı ilə baş tutan görüşdəparlamentlərarası əlaqələrin tarixi, müasir dövrüvə perspektivləri haqqında müzakirə aparılıb. Parlament üzvlərinin müxtəlif beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlığının daha dagücləndirilməsinin vacibliyi vurğulanıb. Millətvəkilləri Cənubi Qafqazdakı proseslər, Azərbaycanla Ermənistan arasındamünasibətlərin normallaşdırılması istiqamətindəatılan addımlar barədə məlumat veriblər. Azərbaycanla Bolqarıstan arasında çoxşaxəliəlaqələrin hər iki ölkənin milli maraqlarından irəligəldiyi bildirilib.

Qeyd edək ki, Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev vəqrupun üzvü Ramin Məmmədovun Bolqarıstanasəfəri Bolqarıstan Respublikası Xalq MəclisininBolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə baş tutub.

 

Daha çox xəbərlər