Putinin sözlərinə inanmayın, hərəkətinə baxın – ABŞ
Onun sözlərinə inanmayın və Ukraynanın dinc əhalisinə və infrastrukturuna qarşı təcavüzü davam etdirən rusların hərəkətlərinə baxın.
ARANTV.AZ Axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlamış genişmiqyaslı müharibənin sülh yolu ilə nizamlanmasına sadiq olması ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib.
“Kiyevi bombalayan, mülki və enerji infrastrukturunu, yaşayış binalarını, xəstəxanaları vuran Rusiyanın hərəkətlərindən aydın olur ki, onların sülhün bərqərar olmasında və bu müharibənin dayandırılmasında ciddi marağı yoxdur”.

