Bu rayonda iki maşın toqquşdu – Yaralılar var

Bu gün Qubada yol nəqliyyat hadisəsi baş verib

Hadisə rayonun Barlı kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-2107” markalı maşınların toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Hər iki şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.(ona.az)