Hadisə 

Gəncədə iki avtomobil yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Vətəndaşa məxsus “Ford Transit” markalı avtomobilin konstruksiyası qısaqapanma nəticəsində tamamilə yanıb və yanğın yanaşı parklanmış “Mercedes Sprinter” markalı avtomobilə keçib. Nəticədə ikinci avtomobilin salon və sağ hissəsi yanıb.

Daha çox xəbərlər