Siyasət 

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin mətbuat konfransı – YENİLƏNİB + FOTO/CANLI YAYIM

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidanın görüşü başa çatıb.

Azərbaycan XİN-in məlumatına görə, birgə mətbuat konfransında nazirlər görüşün yekunları ilə bağlı bəyanatlarla çıxış edirlər.

13:33

İyulun 31-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başlayıb.

Bu barədə Azərbaycan XİN “Twitter” hesabında paylaşım edib.

Nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə edirlər.

XİN başçıları görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN başçısını qəbul edəcək.

 

Daha çox xəbərlər