Hadisə 

Nizami rayonunda 69 yaşlı qadını avtomobil vurub

Bakının Nizami rayonunda, “Neftçilər” metro stansiyasının yaxınlığında 69 yaşlı qadını avtomobil vurub.

“Report” xəbər verir ki, 1954-cü il təvəllüdlü Mələk Mirmahmud qızı Şərifova yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər