Alkoqolizmdən müalicə alan şəxs xəstəxanadan qaçıb.
Tovuz rayonu Qovlar şəhər sakini Mübariz İsmayılov Gəncə şəhəri Nizami rayonu polis idarəsinə müraciət edərək qardaşı, 1977-ci il təvəllüdlü Zülfüqar İsmayılovun xroniki alkoqolizm xəstəliyindən müalicə aldığı Gəncə şəhər Norkoloji Dispanserindən heç kəsə heç bir söz demədən çıxıb getdiyini və hazırda itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
Bakupost
