İdman 

İlham Zəkiyev Avropa ikincisi olub – YENİLƏNİB

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) ilə Namiq Abaslı (73 kq) gümüş, Xatirə İsmiyeva (+70 kq) ilə İsmayıl Muradov (60 kq) isə bürünc medal qazanıblar.

14:32

Azərbaycanın daha iki paracüdoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

Milli Paralimpiya Komitəsinin yaydığı məlumata görə, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.

Daha çox xəbərlər