Heç bir yerdə işləməyənlər gələn il icbari tibbi sığorta haqqı ödəyəcəkmi? – AÇIQLAMA/EKSKLÜZİV
Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Bu müddətin uzadılması nəzərdə tutulurmu?
Bu məsələ ilə bağlı “İki sahil”ə açıqlama verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qeyd etdi ki, bu məsələ Milli Məclisdə müzakirə olunur.
Onun sözlərinə görə, bundan əvvəl bu müddət iki dəfə uzadılıb: “Yenidən dəyişiklik olarsa, əlbəttə ki bu barədə ictimaiyyətə məlumat verəcəyik.”

