Siyasət 

Dərmanların xarici qeydiyyatının tanınması ilə bağlı siyahı hazırlanacaq

Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə
əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dörd ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Daha çox xəbərlər