Hadisə 

Bakıda sürətlə hərəkət edən avtomobil gölə düşdü

ARANTV.AZ publika-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində Lökbatan-Qızıldaş yolunda qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən “Renault” markalı avtomobil sərt dögədə sürücünün idarəetməsindən çıxıb və gəldiyi sürətlə gölə girib.

Qeyd edək ki, avtomobildə köməksiz qalan şəxsləri FHN-in xilasediciləri göldən çıxarıblar.

Maşının çıxarılması üçün isə ərazidə suyun səviyyəsinin bir qədər aşağı düşməsini gözləmək lazım gəlib.

Daha çox xəbərlər