Siyasət 

Ərdoğan Respublika Günümüzü Azərbaycan dilində təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

ARANTV.AZ  xəbər verir ki, o, 28 May – Azərbaycan Xalq Cümhuriyyətin (AXC) yaranması münasibətilə təbrikini “Twitter” sosial şəbəkəsində paylaşıb.

O, təbrikini həm Türkiyə türkcəsində, həm də Azərbaycan dilində yazıb.

“Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, – deyə Ərdoğan qeyd edib.oxu.az

Daha çox xəbərlər