Küçədə qadına qarşı CİNAYƏT

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Rayon ərazisində paytaxt sakini olan bir qadının çantası oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən V.Abdullayev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlaması da müəyyən edilib.